گزیده ی تاریخ و ادبیات آذربایجانی - AZƏRBAYCAN TARİX VƏ ƏDƏBİYYATINDAN SEÇİLMİŞLƏR

آذربایجان تاریخ و ادبیاتیندان ، سئچیلمیشلر

بختیار وهابزاده : قورخورام

+0 به ین

QORXURAM
İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.


Haqq evində haqq divanı qurulmuş,
Hər qazancın öz bahası sorulmuş.
Təmənnasız boynumuza yük olmuş
Bağışlanan şərəf-şandan qorxuram.

Bu dünyadan umacağım mizandır,
Qorxduğum kəs bu mizam pozandır.
Tox gədanın qudurması yamandır
Acandan yox, mən doyandan qorxuram.


Uyuruqsa nəfs adlanan elçiyə,
Tüpürürük vicdan kəsən ölçüyə.
Odur verən düz qiyməti hər şeyə
Vicdanından qorxmayandan qorxuram.
Dekabr, 1998